
Baba Rzayev
Əməkdar incəsənət xadimi
Baba Fazil oğlu Rzayev 1942- ci ildə Lerik rayonunda anadan olmuşdur. 1974-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun müsiqili komediya aktyorluğunu, 1980-ci ildə A.B.Lunaçarski adına Moskva teatr Akademiyasının rejissorluq fakultəsini bitirmişdir. N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyətə başlamış, müxtəlif səpkili yaddaqalan obrazlar yaratmışdır. B.Rzayevin oynadığı rollardan Kras Pavel Fyodoroviç (A.Safronov “Qəribə doktor”), Feldkurant Kats (C.Caşek “Soldat Şveykin Məcaraları”), Aslan bəy (C.Cabbarlı”Oktay Eloğlu”), Heydər (M.F.Axundov “Sərguzəşti Vəziri Xani Lənkəran”), Avtolik (V.Şekspir “Qış nağılı”), Vidadi ( S.Vurğun “Vaqif”), Aslan bəy (Ə. Haqverdiyev “Dağılan tifaq”), Fəxrəddin (N.B.Vəzirov “Müsübəti Fəxrəddin”), Şair Kirmani (H.Cavid “Topal Teymur”) və s. Göstərmək olar.
B.Rzayev
daha sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında rejissor və baş
rejissor vəzifələrdə fəaliyyətini davam etdirmişdir.
Rejissor kimi o, 60-dan çox klassik və
müaasir əsərlərə uğurlu səhnə quruluşu vermişdir. Bu tamaşalardan S.Mixalkovun
“Bahalı oğlan”, M.Əliyevin “Prokuror”, M.F.Axundovun “Hekayəti-xırs
quldurbasan”, N.Vəzirovun “Pəhləvani zəmanə”, H.Cavidin “Topal Teymur”,
C.Yusifzadənin “Səhər qatarı”, C.Məmmədquluzadənin “Ölülər”, S.Dağlının “Müflis
kolleksioner”, V.Vişnevskinin “Nukbin faciə”, M.Əliyevin “Ana fəryadı”,
R.Xəlilzadənin “Rəngli yuxu”, ŞəXurşudun “Sakitlik olmayacaq”, Ü.Hacıbəyovun
“Olanlardan-keçənlərdən”, V.Hüseynovun “Yuxuda zarafat”, N.Abdullayevin “Tərs
gün”, M.F.Axundovun “Hekayəti Molla İbrahim Xəlil kimyagər”, D.İsabəyovun
“Varislər”, S.Səxavətin “Bust”, S.Rəhman “Toy”, B.Rzayevin “Şeyx Zahid Gilani”,
“Qəhrəmanlıq xronikası”,”Qç tülkü balası və kirpi”, E.İskəndərzadənin “Qalxın
məhkəmə gəlir”, C.Cabbarlınin “Sevil”, H.Mirələmovun “Vicdanın hökmü”,
H.Allahyarovun “Bir ovuc torlaq” və s. Göstərmək olar. Bu tamaşalardan
C.Məmmədquluzadənin “Ölülər” və Ü.Hacıbəyovun “Olanlardan –keçənlərdən”respublika
Dövlət televiziyasının qızıl fondunada saxlanılır. B.Rzayevin istər qələmə
aldığı “Ağlayaq, yoxsa gülək”komediyası, “Şeyx Zahid Gilani və Qəhrəmanlıq
xronikası” dramları, istərsə də tamaşaya qoyduğu bir-birindən maraqlı səhnə
əsərləri tamaşaçıların rəğbətini qazanmışdır.
Azərbaycan teatrında xidmətlərinə görə
B.Rzayev 1988-ci idə respublikanin əməkdar incəsənət xadimi fəxri ada layiq
görülmüşdür.
O, həmçinin
1980-cı ildə Moskvada keçirilmiş kütləvi tamaşaların Ümumittifaq festivalinin
qalibi olmuş, XTNS-nin qızıl və fəxri döş nişanını almışdır.
Respublikanın əməkdar incəsənət xadimi
Baba Rzayev 2014-cü il dekabrın 2-də 72 yaşında vəfat edib.