Kamil Nəcəfov
Əməkdar artist
Kamil Abbas oğlu Nəcəfov 1910-cu ildə Lənkəran şəhərində anadan olmuşdur. 1925-ci ildə Lənkəran “Vodnik” məktəbinin 7-ci sinfini, 1932-ci ildə Azərbaycan Teatr Texnikumunda rejissor-aktyor şöbəsini bitirmişdir. O, bir müddət Zaqatala mədəniyyət sarayında işləmiş, 1934- cü ildən Bakı neftçilər teatrının, sonra Lənkərandakı Dövlət Dram Teatrının aktyoru olmuşdur.
1941- 1943
cü illərdə Kamil Nəcəfov Böyük Vətən müharibəsində iştirak etmiş, yaralanıb
tərxis olunduqdan sonra yenidən doğma
teatrda fəaliyyətini davam
etdirmişdir. Həmin illərdə Kamil Nəcəfov “ Həyat”, “ İntizar”, “ Vaqif”,
“1905-ci ildə”, “ Yaşar”,” Almas”, “ Şahpolad ağacları altında “,” Sevil”,
“Oqtay Eloğlu”,” O olmasın, bu olsun”, “ Beş manatlıq gəlin”, “ Hacı Qara”,
“Xoşbəxtlər”, “ Arşın mal alan” əsərlərndə maraqlı rollar oynamışdır. Bir
müddət teatrda baş rejissor vəzifəsini icra etmiş, teatr bağlandıqdan sonra isə
xalq teatrına rəhbərlik etmişdir.
Kamil Nəcəfov 10 oktyabr 1980-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətini davam etmişdir. Bu illər ərzində bir sıra tamaşalarda İ.Əfəndiyevin “Sən həmişə mənimləsən” –Yaşlı kişi, M.Əliyevin “Prokuror”- Şirəhməd, M.F.Axundovun “Xirs quldurbasan”- Nəcəf, N.V.Bəzirov “Pəhləvani - zəmanə”- Qurban, S.Rəhman “ Xoşbəxtlər”-Usta Segah, V.Vişnevski “Nikbin faciə” Yaşlı matros, M.Cəlal “Bir gəncin manifesti ”- Mərdan kişi, S.Vurğun “Vaqif”- Qurban kişi, S.Rəhman “Toy ”- Mehralı və sair maraqlı obrazlar yaratmışdır.
İstedadlı aktyor Kamil Nəcəfov 1943-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. Kamil Nəcəfov 2006 –ci ildə vəfat etmiş və Lənkəran şəhərində dəfn olunmuşdur.