Zeynalov Rauf

Dram artisti


Rauf Ağakərim oğlu Zeynalov 15 dekabr 1965-ci ildə Lənkəran şəhərində  anadan olub. 1983-cü ildən Lənkəran Dövlət Dram Teatrında  aktyor işləyir.
 
Azərbaycan klassiklərinin əsərlərində oynadığı rollar: Xacə Məsud (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Əhməd Qurbanəli  (“Ağa Kərim xan Ərdəbili” və “Dələduz”, Nəcəf bəy Vəzirov), Əsgər Səbzəli və Vəliqulu (“Danabaş kəndinin əhvalatları”, Cəlil Məmmədquluzadə (“İnci dolu xəzinə”. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması əsasında səhnələşdirən Adil Zeynalov), Birinci əsgər (“Qoç Polad”, Aqbdulla Şaiq), Canpolad (“Ana”, Hüseyn Cavid), Birinci dost və Birinci oğlan, Ev sahibi (“Xortdanın cəhənnəm məktubları” və “Millət dostları”, Əbdürrəhim bəy Haqverdiyev).
 
Çağdaş milli dramaturqlarımızın müxtəlif janrlı əsərlərində oynadığı səhnə obrazları: Van Bill (“Rəngli yuxu”, Ramiz Xəlilzadə), İkinci tilsim (“Sehrli üzük”, Zakir Bağır), Həsən Rəcəb (“Hacı Kərimin aya səyahəti”, Qulamrza Cəmşidi), Baletmeyster (“Toyda Çelentano oxuyur”, Əli Səmədli), Mikola, Salam (“Qəhrəmanlıq xronikası” və “Şeyx Zahid Gilani”, Baba Rzayev), Temirin dayısı (“Mamoy kişinin yuxuları”, Vaqif Səmədoğlu), Samir (“Ağ kəlağayı”, Rafiq Rəhimli), Pirverdi (“Əcnəbi kürəkən”, Maarif Məmmədov Ümid (“Qəribə oğlan”, İlyas Əfəndiyev), Rüstəm (“Əlibaba və qırx quldur”. Nağıllar əsasında işləyən Əlibala Əsgərov), Mitridat (“Əsrlərin harayı”, Əli Vəlioğlu), Zənci (“İlğım”, Firuz Mustafa), Darğa, Odunçu  (“Zəncirlənmiş toy-büsat” və “Cəsurlar”, Əli Səmədli), Fərraş (“Pənah xan Cavanşir”, Hüseynbala Mirələmov), Dərviş (“Nəsrəddin”, Yusif Əzimzadə), Aqil (“Mənim ağ göyərçinim”, Tamara Vəliyeva), Qulaməli (“Ay lolo və ya moskvalı gəlin” , Hafiz Mirzə), Birinci mühafizəçi (“Şaxta baba və Pərilər”, Emil Əsgərov), Meymun (“Meşəbəyinin dostları”, Əjdər Ol), Div (“Yeni il möcüzəsi”, Ağaddin Babayev), Avara pişik (“Tilsimlənmiş qız”, Tərlan Abdullayev), Baş gözətçi  (“Yetim Rac”, Oruc Qurbanov).
 
Əcnəbi müəlliflərin dramlarında çıxış etdiyi bədii personajlar: Birinci gələn (“Yaşamağın ləzzəti”, Vasili Şukşin Ağqvardiyaçı (“Nikbin faciə”, Vsevolod Vişnevski Fəhlə (“Varislər”, Dulat İsabəyov), Maral və Birinci quldur (“Qar kraliçası”, Hans Kristian Andersen), Detektiv pişik  (“Çəkməli pişik və ya Şahzadə Pyer”, Şarl Perro), Cumaqulu, Birinci Juan (“Manqurt”, Çingiz Aytmatov), Fəhlə (“Ruhlar”, Eduardo de Filippo), Sürücü (“Dəmir qadın”, Şərəf Başbəyov), Gözətçi (“Şah Edip”, Sofokl), Birinci fəhlə («Ruhlar», Eduardo de  Filippo), Köməkçi (“Senemar”, Bəhram Beyzayi), Birinci dilənçi (“Xəlifə Leylək”, Vilhelm Qauf), Keşikçi (“Şahzadə xanım və bacatəmizləyən”, Leonid Juxovitski), Pişikdiş (“Sehrli yaylıq”, Valeri Qubaryev).
 
Rauf Zeynalov həmçinin “Günəşim ol” (Kərim) teleserialına çəkilib.