Lənkəran Dövlət Dram Teatrı Lerikdə “Nəfəsim Vətən” tamaşasını təqdim edib

5 noyabr 2026


Lənkəran Dövlət Dram Teatrı Lerik rayonunda “Nəfəsim Vətən” tamaşası ilə çıxış edib

 

Noyabrın 5-də Lənkəran Dövlət Dram Teatrının kollektivi Lerik rayonunda yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Nəfəsim Vətən” tamaşasını təqdim edib.

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ithaf olunan səhnə əsərində Qarabağ müharibələrinin ağrılı nəticələri, doğma yurdlarından didərgin düşmüş insanların taleyi, illərlə davam edən torpaq həsrəti və tarixi Zəfərdən sonra doğma torpaqlara qayıdışın sevinci əks olunub.

 

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Dağıstan Respublikasının (RF) Əməkdar Artisti Laləzar Hüseynova, quruluşçu rəssamı isə Fuad Hüseynovdur.

 

Tamaşanı Lerik rayonunun şəhid ailələri və ictimaiyyət nümayəndələri izləyiblər.

 

Səhnə əsəri Lerik tamaşaçıları tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.