Lənkəran teatrının əməkdaşı VI Buktreyler Beynəlxalq Film Festivalının qalibi olub
20 oktyabr 2026
Lənkəran teatrının əməkdaşı VI Buktreyler Beynəlxalq Film Festivalının qalibi olub
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Nizami Kino Mərkəzi və SBRLY-nin təşkilatçılığı ilə keçirilən VI Buktreyler Beynəlxalq Film Festivalı başa çatıb.
Oktyabrın 20-də Nizami Kino Mərkəzində festival qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Lənkəran Dövlət Dram Teatrının əməkdaşı Şəhriyar Camalbəyli də festivalda uğurla təmsil olunub. O, yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” kitabı əsasında hazırladığı buktreylerə görə (quruluşçu rəssam: Fuad Hüseynov) “Ən yaxşı buktreyler” nominasiyası üzrə mükafata layiq görülüb.
Lənkəran teatrının kollektivi Şəhriyar Camalbəylini bu uğur münasibətilə təbrik edir, ona gələcək yaradıcılıq fəaliyyətində yeni nailiyyətlər arzulayır!
