Lənkəranda Zəfər Gününə həsr olunmuş “Nəfəsim Vətən” tamaşası təqdim edilib

9 noyabr 2026


Lənkəranda Zəfər Gününə həsr olunmuş “Nəfəsim Vətən” tamaşası təqdim edilib

 

Noyabrın 6-da Lənkəran Dövlət Dram Teatrında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Nəfəsim Vətən” adlı tamaşa nümayiş etdirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Vətən sevgisini, milli qüruru, qəhrəmanlıq və vətənpərvərlik ruhunu özündə əks etdirən tamaşada şəhidlərimizin əziz xatirəsi yad edilib, Müzəffər Ordumuzun qəhrəmanlığı, xalqımızın birlik və həmrəyliyi, tarixi Zəfərimizin əhəmiyyəti bədii ifadəsini tapıb.

“Nəfəsim Vətən” tamaşası Zəfər Gününün mənəvi mahiyyətini, xalqımızın qəhrəmanlıq salnaməsini və şəhidlərimizin əziz xatirəsini yaşatmaq baxımından xüsusi əhəmiyyət daşıyıb.