Astarada “Nəfəsim Vətən” tamaşasını təqdim edib
7 noyabr 2026
Lənkəran Dövlət Dram Teatrı Astarada “Nəfəsim Vətən” tamaşasını təqdim edib
8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində Lənkəran Dövlət Dram Teatrının kollektivi noyabrın 7-də Astara rayonunda yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Nəfəsim Vətən” tamaşası ilə çıxış edib.
Böyük Zəfərimizin memarı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ithaf olunan səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının (RF) Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı isə Fuad Hüseynovdur.
Tamaşada Birinci Qarabağ müharibəsi dövründə doğma yurdlarından didərgin düşmüş həmvətənlərimizin yaşadığı ağrı-acı və Vətən həsrəti, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə, eləcə də soydaşlarımızın 30 ildən sonra ata-baba torpaqlarına qayıdış sevinci yüksək bədii ifadələrlə səhnəyə gətirilib.
Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.
#Azərbaycan #8Noyabr #ZəfərGünü
