Lənkəran Dövlət Dram Teatrının Marketinq üzrə mütəxəssisi fəxri fərmanı ilə təltif olunub.
21 iyul 2026
20 iyul 2026-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimlər İttifaqı və "İncəsənətin Tərəqqisinə Dəstək" ictimai birliyinin təşkilatçılığı ilə Milli Mətbuatın 151-ci ildönümü qeyd olunub.
Həmin tədbirdə, Lənkəran Dövlət Dram Teatrının Marketinq üzrə mütəxəssisi, Şəhriyar Camalbəyli Azərbaycan Respublikası Teatr Xadimlər İttifaqının fəxri-fərmanı ilə təltif olunub.
Bu əlamətdar hadisə münasibətilə Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar xanım Hüseynova və teatrın kollektivi Şəhriyar Camalbəylini səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətində yeni -yeni uğurlar arzulayırıq.
