Lənkəran Dövlət Dram Teatrının nəzdində Teatr Studiyası fəaliyyətə başlayır

6 Mart 2024


Martın 6-sı studiyaya müraciət edən tələbələrlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan teatrın baş rejissoru, direktor vəzifəsini icra edən Anar Babalı studiya haqqında ətraflı məlumat verib.

Daha sonra studiyada müəllim kimi dərs verəcək Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev və rejissor Emil Əskərov çıxış edərək tələbələrə uğur arzu ediblər.

Tələbələri maraqlandıran suallara da cavab verilib.