"Bu da axırı" tamaşasının premyerası keçirilib

12 Oktyabr 2023


Lənkəran Dövlət Dram Teatrında növbəti premyera baş tutub.

Abdulla Elşadlının Piter Turininin eyniadlı pyesi əsasında hazırladığı "Bu da axırı" tragikomediyası sentyabrın 30-u tamaşaçıların ixtiyarına verilib. Əbülfəz Axundovun ifa etdiyi monotamaşanın qəhrəmanı uzun illərdir işlədiyi teatrdan lazımi dəyəri görməyib, psixoloji sarsıntılar keçirən aktyordur. Bir dəfə tamaşa arası fasilədə qrim otağına gələn aktyor səsgücləndiricidən öz səsini eşidir. Səs ona minə qədər sayıb intihar etməyi əmr edir...

Tamaşanın quruluşçu rəssamı Nərgiz Baxşızadə, geyim rəssamı Güli Süleymanlı, musiqi tərtibatçısı Vüqar Fərəcov, rejissor assistenti Günay Səlimzadədir.

Qeyd edək ki, "Bu da axırı" uzun müddətdən sonra Lənkəran Dövlət Dram Teatrının səhnəsində göstərilən ilk monotamaşadır.