“Cəmilə” tamaşasının premyerası keçirilib
14 Oktyabr 2023
Oktyabrın 14-ü, saat 16:00-da Lənkəran Dövlət Dram Teatrında İmran Ali Qurbanın məşhur qırğız yazıçı Çingiz Aytmatovun dünya şöhrətli “Cəmilə” povesti əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın premyerası keçirilib.
Sadıq at yarışında ona qalib gəlmiş Cəmiləni qaçırır, amma tezliklə müharibə başlayır və Sadıq cəbhəyə yollanır. Sevmədiyi adamla evlənmək məcburiyyətində qalan, məhəbbətin dadını hiss etməyən Cəmilə bir tərəfdən də ailənin yükünü çəkir. Tamaşada müharibənin insan həyatına vurduğu zərbələr göz önündə canlandırılır. Lakin bütün bu məhurmiyyətlərə baxmayaraq, nəhayət, Cəmilə öz sevgisinə qovuşur.
Səhnə əsərinin səhnələşdirmə müəllifi və quruluşçu rejissoru İmran Ali Qurban, bəstəkarı Azər Hacıəsgərli, quruluşçu rəssamı Tərlan Sadıqov, rəssamı Nərgiz Baxşızadə, geyim rəssamı Güli Süleymanlı, rejissor assistenti Günay Səlimsoydur.
Rolları Aysel Babazadə, Teymur Hacızadə, Emil Rzayev, Aynur Əhmədova, Əbülfəz Axundov, Saleh Əzimzadə, Səyad Əliyev, Ayşən Əsədova, Məleykə Cəfərova, Günel Abbaszadə, Vəfa Hacızadə, Əlirza Şahbazi və Amil İbrahimli ifa edir.