
“Dovşanın ad günü” tamaşasının uğurlu premyerası baş tutdu!
18 oktyabr 2025
Bu gün – “Dovşanın ad günü” tamaşasının uğurlu premyerası baş tutdu!
18 oktyabr 2025-ci il tarixində Lənkəran Dövlət Dram Teatrında uşaqlar üçün hazırlanan “Dovşanın ad günü” tamaşasının premyerası böyük sevinc və coşqu ilə keçirildi.
Tamaşa balaca teatrsevərlər və valideynlər tərəfindən böyük maraqla qarşılandı, zalda gur alqışlar səsləndi. Uşaqlar səhnədəki personajlarla birgə mahnı oxudu, gülümsədi və nağıl dünyasının sehrini yaşadı.