"İki iyirmi üç arasında" qastrollarda

10 Dekabr 2023


Dekabrın 10-u İmişli Mədəniyyət Mərkəzində Emil Əskərovun Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin "İki iyirmi üç arasında" əsəri əsasında quruluş verdiyi eyniadlı verbatim-tamaşanın nümayişi baş tutub.

Nümayişdən qabaq İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatının sədri Səfa Ağayevə qarşılıqlı əməkdaşlıq və işgüzar əlaqələrə görə Lənkəran Dövlət Dram Teatrı tərəfindən "Teatrın dostu" diplomu və hədiyyələr təqdim edilib.

"İki iyirmi üç arasında" verbatim-tamaşası dekabrın 6-sı Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Biləsuvar Mədəniyyət Mərkəzində, dekabrın 8-i isə Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Lerik Mədəniyyət Mərkəzində nümayiş etdirilib.