“İki iyirmi üç arasında“ verbatim-tamaşasının premyerası keçirilib

3 Dekabr 2023


Dekabrın 3-ü Emil Əskərovun Qəşəm Nəcəfzadənin "İki iyirmi üç arasında" pyesi əsasında quruluş verdiyi eyniadlı verbatim-tamaşanın premyerası baş tutub. Səhnə əsəri Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

Qeyd edək ki, sənədli teatr - verbatim janrında tamaşa Azərbaycan teatrı tarixində ilk dəfədir.

Verbatim-tamaşanın məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin zəngin fəaliyyətini tamaşaçılara və yeni nəslə çatdırmaq, müasir Azərbaycanın qurucusu kimi xalqımızın tarixində oynadığı rolu bir daha nümayiş etdirməkdir.

Verbatim-tamaşanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Fuad Babazadə, rəssamı Nərgiz Baxşızadə, geyim üzrə rəssamı Güli Süleymanlı, musiqi tərtibatçısı Vüqar Fərəcov, qrafik dizayneri Fidan Hüseynzadə, video mühəndisi Şəhriyar Camalbəyli, rejissor assistenti Günay Səlimzadədir.

Səhnə əsərinin prodüseri İntiqam Hacılıdır.

Rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Sucəddin Mirzəyev və Zemfira Nəcəfova, aktyorlardan Şarud Mehdiyeva, Miraslan Ağayev, Qızılgül Quliyeva, Allahverən Babayev, Buludxan Buludov, Aynur Əhmədova, Hikmət Cəfərov, Saleh Əzimzadə, Ayşən Əsədova, Emil Rzayev, Məleykə Cəfərova, Gülər Kərimova, Əlirza Şahbazi, Rauf Zeynalov, Təvəkkül Həsənov, Günel Abbaszadə, Aysel Babazadə və Amil İbrahimli ifa edirlər.

Verbatim-tamaşa yaxın günlərdə Lerikdə, Biləsuvarda, İmişlidə və digər şəhərlərdə nümayiş etdiriləcək.