"Prokuror" tamaşası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində

16 dekabr 2024


16.12.2024-cü ildə Azərbaycanın birinci Fəxri Hüquqşünası Tələt Qənbərovun 100 illiyi münasibətilə Lənkəran Dövlət Dram Teatrı "Prokuror" tamaşası ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində çıxış edib.

Tamaşanı ictimai xadimlər və incəsənət nümayəndələri izləyib.

Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin qələmə aldığı "Prokuror" əsərinə ilk dəfə 1981-ci ildə Lənkəran Dövlət Dram Teatrının səhnəsində quruluş verib. Uzun illərdən sonra teatr yenidən öz repertuarında bu əsərə yer verərək yenilənmiş heyət və quruluşda əsəri tamaşaçılara təqdim edib.

Tamaşanın quruluşçu rejissoru: Anar Babalı, rəssamı: Fuad Babazadə, musiqi tərtibatı: Miranda Qurbanova.

Tamaşada rolları: Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Miraslan Ağayev, Qızılgül Quliyeva, Allahverən Babayev, Saleh Əzimzadə, Şəbnəm Hüseynova, Vəfa

Hacızadə, Teymur Hacızadə, Emil Rzayev Elvin Məmmədov ifa

etdilər.

Gənc hüquqşünas Şöhrət Poladov Xınalı rayonunun prokuror təyin olunub. Anası Sona xanım oğlunun bu təyinatına əsla sevinmir. Məlum olur ki, onun

əri illər öncə Xınalıda qətlə yetirilib, amma cinayətin üstü hələ də açılmayb.

Sona xanım nə qədər çalışsa da Şöhrəti Xınalı kəndinə getmək fikrindən döndərə bilmir. Şöhrəti Xınalı kəndində çətin işlər gözləyir: Belə ki, tikinti

trestində cinayət hadisəsi baş verib, günahsız şəxs həbsxanaya salınıb. Əsil

cinayətkarları ifşa etməkdən ötrü rayon prokuroru Şöhrət Poladovun bacarıq va peşəkarlığından çox şey aslıdır. Son nəticədə ədalət zəfər çalır, prokuror Poladovun gərgin səyləri ilə cinayətin səbəbkarları layiqli cəzasına çatır:

Tamaşa 2022-ci ildə hazırlanıb və Lənkəran rayonunda prokuror vəzifəsində

xidmət etmiş Azərbaycan Respublikasının Əməkdar hüquqsünası Tələt

Qənbərova həsr olunub

Tamaşa gur alqışlarla qarşılanıb.