
"Şəhid bayrağı" tamaşası nümayiş olundu
22 mart 2025
22 mart Lənkəran Dövlət Dram Teatrında "Şəhid bayrağı" tamaşası nümayiş olundu.
Tamaşada FHN-in Mülki Müdafiə Qoşunlarının "N" saylı hərbi hissələrinin zabit və əsgərləri iştirak etdilər.
Yazıçı-dramaturq Qafar Cəfərlinin "Şəhid bayrağı" pyesi əsasında hazırlanan eyni adlı tamaşanın quruluşçu rejissoru: Emil Əskərov, quruluşçu rəssamı: Tərlan Sadıqov,
musiqi tərtibatı: Vüqar Fərəcov, rejissor assistenti: Nuranə Nəcəfovadır.
Tamaşada rolları: Əməkdar artist Sucəddin Mirzəyev,
Prezident mükafatçısı Aynur Əhmədova, Miraslan
Ağayev, Allahverən Babayev, Buludxan Buludov, Təranə Fərəcova, Saleh Əzimzadə, Məleykə Cəfərova, Zeynal Məmmədli ifa etdilər.