“Sehrli Yeni İl” nağıl tamaşası səhnədə!

20 dekabr 2025


“Sehrli Yeni İl” nağıl tamaşası səhnədə!

20 dekabr 2025-ci il tarixində Lənkəran Dövlət Dram Teatrının səhnəsində

“Sehrli Yeni İl” nağıl tamaşasının premyerası baş tutdu.

Yeni il əhval-ruhiyyəsi, rəngarəng səhnə tərtibatı və sehrli anlarla zəngin olan tamaşa balaca tamaşaçıların böyük marağına səbəb oldu.

Rənglərin, gülüşün və Yeni il möcüzəsinin bir səhnədə birləşdiyi bu nağıl tamaşası uşaqlara unudulmaz anlar yaşatdı.

Tamaşanın müəllifi və quruluşçu rejissoru: Emil Əskərov

Quruluşçu rəssam: Fuad Babazadə

Rəssam: Sevən Həsənli

Musiqi tərtibatı: Vüqar Fərəcov

Rolları ifa edirlər:

Şaxta Baba – Allahverən Babayev

Qar qız – Günel Bağırova, Aysel Babazadə Böyük cırtdan – Teymur Hacızadə, Emil Rzayev

Ortancıl cırtdan – Elvin Məmmədov, Saleh Əzimzadə

Balaca cırtdan – Cəfər Səlimov

Yaşlı Befyan – Təranə Fərəcova, Məleykə Cəfərova

Sarı Befyan – Nuranə Nəcəfova, Gülər Kərimova

Qara Befyan – Şəbnəm Hüseynova, Ayşən Əsədova

Əjdaha – Rauf Zeynalov

Karlson – Elçin Hacıyev