"Tanrı əmanəti" tamaşasının premyerası keçirilib

27 Fevral 2025


"Tanrı əmanəti" tamaşasının premyerası keçirilib.

27.02.2025 ci-ildə Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Qafar Cəfərlinin "Tanrı əmanəti" pyesi əsasında hazırlanan eyni adlı tamaşanın premyerası nümayiş olunub.

Tamaşanın nümayişindən əvvəl Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar

Mədəniyyət İşçisi, Dağıstan Respublikasının Əməkdar

atristi Laləzar xanım Hüseynova çıxış edərək qonaqları salamladı. Bu tamaşanın yerli müəlliflərin teatra cəlb olunması istiqamətindəki növbəti uğurlu addım olduğunu vurğuladı. Bildirdi ki, teatr bundan sonrada öz repertuarını zənginləşdirəcək, yerli və xarici müəlliflərin əsərləri teatrımızın səhnəsində nümayiş olunacaq.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-dramaturq Qafar Cəfərli öz çıxışında Lənkəran teatrında artıq ikinci əsəsrinin tamaşaçıların ixtiyarına verildiyini vurğuladı. Bu tamaşanın teatr səhnəsində nümayiş olunmasını Lənkəran Teatrının rəhbərliyinin yerli müəlliflərə olan diqqəti kimi vurğuladı. Və bu addımlarında gələcəkdə daha böyük əməkdaşlıqlara gətirib çıxaracağını bildirdi.

Daha sonra tamaşa nümayiş olundu. Yeni səhnə əsərinin quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı: Sevən Həsənli, musiqi tərtibatı: Vüqar Fərəcov, rejissor köməkçisi: Nuranə Nəcəfovadır.

Tamaşada: Vəfa Hacızadə (Xəyalə), Səyad Əliyev (Əli Zaminli), Ayşən Əsədova (Solmaz), Saleh Əzimzadə (Nüsrət), Allahverən Babayev (Prokuror), Miraslan Ağayev (Rafiq), Teymur Hacızadə (Elşad), Buludxan Buludov (Kərim), Leyla Şirinova (Ülkər) iştirak edirlər.

Qafar Cəfərlinin “Tanrı əmanəti” dramında hadisələr bizim günlərdə cərəyan edir. Əsərin qəhrəmanları iki qütbə bölünür: əqidəni, namusu, mənəviyyatı əsas tutanlar və maddiyyatı, keyfi, əyyaşlığı və şərəfsizliyi qəbul edib yaşayanlar.

Tamaşada bir qadının taleyi fonunda günümüzün bir-biri ilə bağlı ən vacib məsələləri (işsizlik, insan taleyinə biganəlik, uşaq əməyinin istismarı, mənəvi-əxlaqi dəyərlərin aşınması, valideyin məsuliyyətinin itməsi və.s) dramatik ampulada kəskinliklə qabardılır, bu neqativliklərin gələcəkdə daha böyük fəsadlar yaradacağının anonsunu verir və hamını günümüzün bu eybəcərlikləri ilə mübarizəyə səsləyir.

Uğurla nümayiş olunan tamaşa alqışlarla qarşılandı.