“Tanrı quşu gəlmədi” - Premyera

29.10.2024


Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılğı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə “Bölgə teatrlarının Bakı premyeraları” layihəsi çərçivəsində, oktyabrın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində, Lənkəran Dövlət Dram Teatrının kollektivi,yazıçı-dramaturq Cavid Zeynallının “Tanrı quşu gəlmədi”psixoloji dramı əsasında hazırlanan, eyni adlı tamaşasının premyerası olub.

Paytaxt teatrsevərlərin maraqla seyr etdiyi bu səhnə əsərinin quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov,bəstəkar Aydan Əliyevadır.

Tamaşada aktyorlardan, Respublikanın xalq artisti Qabil Quliyev(Süleyman) Qızılgül Quliyeva (Əlamət), Saleh Əzimzadə Əzimzadə (Mustafa),Gülər Kərimova (Aynur), Elçin Hacıyev (Toğrul), Əlizamin Abbasov (Bəxtiyar), məktəbli İmaməli Əsgərov (Barış) ifa ediblər.

Yazıçı-dramaturq Cavid Zeynallının “Tanrı quşu gəlmədi” tamaşası

Mədəniyyət TV-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsindən birbaşa yayımlanaraq, tamaşaçılara unudulmaz anlar yaşadıb.