"The Müqəssir" Bakıda nümayiş etdirilib!

19 Fevral 2024


Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının "QONAQ TEATR" layihəsi çərçivəsində 19 fevral 2024-cü il tarixdə saat 18.00-da Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində Lənkəran Dövlət Dram Teatrının "The Müqəssir"(Ə.Haqverdiyev) tamaşası göstərildi.

Tamaşanın quruluşçu rejissoru Abdulla Elşadlı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıəsgərlidir. Rolları Xalq artisti Qabil Quliyev, aktyorlar Saleh Əzimzadə, Vəfa Hacızadə, Nizami Qurbanov, Günel Abbaszadə, Məleykə Cəfərova, Teymur Hacızadə və Amil İbrahimli ifa etdilər.

Böyük maraq və gurultulu alqışlarla qarşılanan tamaşanın sonunda rejissor Abdulla Elşadlı bölgə teatrları ilə uğurlu əməkdaşlığa və Lənkəran Dövlət Dram Teatrının "The Müqəssir" tamaşasının orijinal quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə təltif edildi.