27 Sentyabr Anım Günü münasibətilə "Haqqın 44 Günü" adlı tamaşa nümayiş etdirilib.

02 oktyabr 2025


27 Sentyabr Anım Günü münasibətilə Lənkəran Dövlət Dram Teatrında "Haqqın 44 Günü" adlı tamaşa nümayiş etdirilib.

Tamaşa, vətən torpaqlarının azadlığı uğrunda canını qurban verən qəhrəman vətən oğullarının əziz xatirəsinə ithaf olunub. Tamaşanın müəllifi və quruluşçu rejissoru Anar Babalıdır.

Müzəffər Ali Baş komandan Cənab İlham Əliyevin müdrik siyasəti və qəhrəman vətən oğullarının şücaəti nəticəsində Azərbaycanın əzəli və qədim torpaqları düşmən tapdağından azad edilib, ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib.

Vətən torpaqlarının azadlığı uğrunda canını qurban verən qəhrəman vətən oğullarının əbədi xatirəsi, qədir bilən Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.