Akademik Milli Dram Teatrının “Manqurt” tamaşası Lənkəran Dövlət Dram Teatrında nümayiş olunub

12 fevral 2024


Akademik Milli Dram Teatrının “Manqurt” tamaşası qastrol səfərləri çərçivəsində fevralın 12-də Lənkəran Dövlət Dram Teatrında nümayiş olunub.

Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Anar Babalı, rejissoru İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, Tural İbrahimov, Firuzə Balayeva, Elsevər Rəhimov iştirak edirlər.