Azərbaycan Respublikasının Əməkdar artisti Zemfira Nəcəfova ilə vida mərasimi baş tutub.
01 Avqust 2024
Dünyasını dəyişən Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikasının Əməkdar artisti Zemfira Nəcəfova ilə vida mərasimi baş tutub.
Vida mərasimi Lənkəran Dövlət Dram Teatrının səhnəsində keçirilib.
Mərasimində Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin və Yeni Azərbaycan Partiyasının əməkdaşları da iştirak edib.
Teatrın direktoru Laləzar Hüseynova, daha sonra uzun illər teatra rəhbərlik etmiş keçmiş direktor Tofiq Heydərov,teatr kollektivinin üzvlərindən Namiq Ağayev,Sucəddin Mirzəyev,Şarud Mehdiyeva ,Miraslan Ağayev,Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin əməkdaşı Miriş Hüseynov sənətkarın ailəsinə dərin hüznlə baş sağlığı vermişdir.
Sonra Zemfira Nəcəfova Lənkəran rayonunun Sütəmurdov kənd qəbiristanlığında son mənzilə yola salınıb.
Mərhumun məzarıüstə gül və əkillər qoyulub.
Allah rəhmət eləsin!