Əli Salahının 80 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
5 iyul 2026
5 iyul 2026 - cı il tarixində Lənkəran Dövlət Dram Teatrında unudulmaz sənətkarımız Respublikanın
Əməkdar artisti mərhum Əli Salahının 80 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Gecəni giriş sözü ilə Lənkəran Dövlət Dram Teatrının direktoru Respublikanın Əməkdar mədəniyyət işçisi Dağıstan respublikasının əməkdar artisti Laləzar xanım Hüseynova açmışdır.O, tamaşaçılara minnətdarlıq edərək mərhum Əli Salahlının teatrımızda göstərdiyi fəaliyyətdən söz açmışdır.Onun yaratdığı yaddaqalan obrazlar sənətə olan sevgisi və peşəkarlığı teatrımızın tarixində silinməz iz qoyub.Onun səhnədəki əməyi sənətə bağlılığı, tamaşaçıların qəlbində qazandığı yer daim ehtiramla xatırlanacaq.
Tədbirdə Respublikanın Xalq artisti, Prezident təqaüdçüsü Qabil Quliyev, Respublikanın Əməkdar artisti Süsəddin Mirzəyev,Dağıstan Respublikasının Əməkdar artisti Əliyar Hüseynov,aktyor Miraslan Ağayev, aktrisa Ayşən Əsədova, aktrisa Gülər Kərimova, Bəstəkar Zəminə Taryelqızı,İmamverdi Ağayev,İlqar Əliyev,jurnalist Nurəddin Ədiloğlu çıxış etmişlər.
Sonda mərhumun həyat yoldaşı Elmira xanım başda teatrın direktoru Laləzar xanım Hüseynova olmaqla bütün teatr sevərlərə,Əli sevərlərə minnətdarlığın bildirmişdir.
