Hallar Nazirliyinin Lənkəran şəhərində yerləşən "N" saylı hərbi hissəsinin əsgər və zabit heyəti Lənkəran Dövlət Dram Teatrının qonağı olub.
29 may 2026
29 may 2026-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Lənkəran şəhərində yerləşən "N" saylı hərbi hissəsinin əsgər və zabit heyəti Lənkəran Dövlət Dram Teatrının qonağı olub.
Hərbi qulluqçulara dahi alman dramaturqu Fridrix Şillerin ölməz əsəri əsasında səhnələşdirilən “Məkr və məhəbbət” tamaşası təqdim olunub. Qeyd edək ki, səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Səhnə əsəri hərbçilərimiz tərəfindən böyük maraq və gur alqışlarla qarşılanıb.
Sonda Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar Hüseynova qonaqlara təşəkkür edib, onlarla səmimi şəkildə sağollaşıb və xatirə fotosu çəkdirilib.
