Lənkəran Dövlət Dram Teatrı Şirvanda növbəti uğurlu qastrol səfərini reallaşdırdı
30 iyun 2026
“Azərbaycan Mədəniyyəti 2040” konsepsiyası və Azərbaycan Respublikası Prezidentinin mədəniyyətin inkişafına dair müvafiq sərəncamlarının icrası, həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi çərçivəsində Lənkəran Dövlət Dram Teatrı növbəti qastrol səfərini uğurla həyata keçirib.
30 iyun 2026-cı il tarixində teatr kollektivi Şirvan şəhərində görkəmli alman dramaturqu Fridrix Şillerin “Məkr və məhəbbət” əsəri əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş etdirib.
Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi tamaşa Şirvan şəhər Folklor Evində böyük maraqla qarşılanıb. Aktyor oyunu, rejissor həlli və səhnə tərtibatı tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.
Tamaşadan sonra Lənkəran Dövlət Dram Teatrının direktoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar xanım Hüseynova səmimi qəbula və göstərilən diqqətə görə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadəyə təşəkkürünü bildirib.
Teatrın qastrol səfərləri bölgələrdə teatr sənətinin təbliğinə, yeni tamaşaçı auditoriyasının formalaşmasına və teatr olmayan ərazilərdə səhnə sənətinin təqdim olunmasına mühüm töhfə verdiyini vurğulayıb
