Lənkəran Dövlət Dram Teatrında "Əli və Nino" tamaşası nümayiş olunub

13 İyul 2024


12 iyul 2024-cü il tarixində Lənkəran Dövlət Dram Teatrının səhnəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin SABAH Qrupları "Aktyor sənəti" ixtisası IV kurs tələbələrinin ifasında Qurban Səidin "Əli və Nino" tamaşası nümayiş olunub.

 Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin SABAH Mərkəzinin rəhbəri əməkdar artist Nofəl Vəliyev, tamaşanın quruluşcu rejissoru və səhnələşdirəni İradə Gözəlovadır. 

 

Yüksək səviyyədə təqdim olunan "Əli və Nino" tamaşaşı Lənkəran teatrsevərlərinin böyük marağına səbəb olub.Tamaşa olduqca xoş təəssüratlarla yadda qalıb.

 

 Tamaşaçılar arasında Lənkərən şəhər İcra Hakimiyyətinin müavini Ülviyyə Əliyeva 

və Azərbaycan Respublikası Elm və Ali Təhsil Nazirliyi yanında

  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH Qrupları İcra Komitəsinin sədri Elza Səmədova da iştirak edib.

  Ən sonda Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar Hüseynova hər kəsə öz dərin minnətdarlığını bildirib. 

Hər iki kollektiv birgə xatirə fotoları çəkdirərək bu unudulmaz günü əbədiləşdiriblər.