Lənkəran Dövlət Dram Teatrında "Gəlinlik paltarı" əsərinin premyerası keçirilib.
20 Fevral 2026
Lənkəran Dövlət Dram Teatrında Premyera!
20 Fevral 2026-cı il tarixində Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” əsərinin premyerası keçirilmişdir.
Quruluşçu rejissor: Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Dağıstan Respublikasının Əməkdar Artisti Laləzar xanım Hüseynova
Quruluşçu rəssam: Fuad Hüseynov
Rəssam: Sevən Həsənli
Musiqi tərtibatı: Vüqar Fərəcov
Rejissor assistenti: Nurana Nəcəfova
Premyeradan öncə teatrın Strategiya və Kommunikasiya şöbəsinin müdiri Namiq Ağayev çıxış edərək teatrın direktoru Laləzar xanım Hüseynovanın adından tamaşaçıları salamlamışdır. O, daha sonra Hüseynbala Mirələmovun zəngin yaradıcılığı və dramaturgiyasının məziyyətləri haqqında qısa, lakin məzmunlu məlumatı tamaşaçıların diqqətinə çatdırmışdır.
Tamaşanın sonunda Hüseynbala Mirələmov çıxış edərək, bildirdi ki, uzun illər bu salonun həsrətindəydim. Hörmətli Laləzar xanım həm teatrın direktoru, həm də tamaşanın quruluşçu rejissoru olaraq çox böyük sənət əsəri yaradıb. Bildirib ki, tamaşaya baxanda çox kövrəldim.
Cənub bölgəsinin Yazıçılar Birliyinin sədri Qafar Cəfərli çıxışında bildirdi ki, əsər Hüseynbala Mirələmova məxsus olsa da sözün həqiqi mənasında möhtəşəm bir tamaşanın şahidi oldum. Tamaşa bu gün üçün çox aktual mövzudur.
Sonda teatrın direktoru, tamaşanın quruluşçu rejissoru Laləzar xanım Hüseynova gözəl əsər ərsəyə gətirdiyinə görə bütün kollektiv adından Hüseynbala Mirələmova təşəkkürünü və minnətdarlığını bildirdi. Bildirib ki, teatr kollektivi olaraq bizlər adət-ənənələrimizi, milli dəyərlərimizi qoruyub gənc nəslə aşılamalıyıq.
Tamaşada rolları ifa edirlər:
Ayşən Əsədova (Fənayə), Şəbnəm Hüseynova (Rahibə),Nuranə Nəcəfova ( Sadiqə) , Aynur Əhmədova (Zinayə), Elçin Hacıyev (Qadir), Saleh Əzimzadə (Haris), Səyyad Əliyev (Fədai), Aysel Babazadə (Rufa), Günel Bağırova və Elvin Məmmədov (Pantomim).
