Lənkəran Dövlət Dram Teatrında “Gəlinlik paltarı” tamaşası yenidən təqdim olundu
28 Fevral 2026
28 fevral 2026-cı il tarixində Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” tamaşası yenidən tamaşaçılara təqdim olunub.
Tamaşada Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva, yazıçı-dramaturq Hüseynbala Mirələmov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının müavini Ləman xanım Yüzbaşova, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli, filologiya elmləri doktoru, professor Elman Quliyev, Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev, Əməkdar jurnalist Bəxtiyar Qaraca iştirak ediblər.
Tamaşanın sonunda Teatrın direktoru Laləzar xanım Hüseynova qonaqları səhnəyə dəvət edib. Natiqlər ayrı-ayrılıqda Hüseynbala Mirələmovun yaradıcılığına münasibət bildirərək, onun toxunduğu mövzuların cəmiyyətimiz üçün çox aktual olduğunu qeyd ediblər. “Gəlinlik paltarı” tamaşasında quruluşçu rejissor Laləzar xanım Hüseynovanın uğurlu rejissor işindən, cəmiyyətimiz üçün lazım olan problemlərin səhnədə bədii həllinin düzgün tapılmasından, peşəkar aktyor oyunundan danışaraq tamaşanın estetik zövqləri oxşayan möhtəşəm bir tamaşa olduğunu vurğulayıblar.
Sonda Teatrın direktoru Laləzar xanım Hüseynova qonaqlara, əsərin müəllifi Hüseynbala Mirələmova və tamaşaçılara minnətdarlığını bildirərək tamaşanın yaradıcı heyətinə uğurlar arzulayıb.
