Lənkəran Dövlət Dram Teatrında “Sözlər və melodiyalarla Yeni ilə”

24 Dekabr 2025


24 dekabr 2025-ci il tarixində Lənkəran Dövlət Dram Teatrında “Sözlər və melodiyalarla Yeni ilə” adlı əyləncəli konsert proqramı keçirilmişdir.

Tədbirdən öncə Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva, Masallı Rayon İcra Hakimiyyətinin başçısı aparatının və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Abbas Abbaszadə, Lənkəran regional “ASAN xidmət” mərkəzinin direktoru Əmir Əfəndiyev, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər.

Tədbirdə Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi və Dağıstan Respublikasının əməkdar artisti Laləzar xanım Hüseynova çıxış edərək bildirmişdir ki, konsert proqramı əlamətdar bir günə — Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə təsadüf edir. O, cənab Prezidentin liderliyi altında ölkəmizin mühüm uğurlar qazandığını, onun yorulmaz fəaliyyəti sayəsində Azərbaycanın bu gün daha güclü və firavan gələcəyə doğru inamla irəlilədiyini vurğulamışdır. Çıxışının sonunda Laləzar xanım Hüseynova cənab Prezidentə uzun ömür, möhkəm can sağlığı və ölkəmizə daim uğurlar arzulamış, xalqımızı qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etmişdir.

Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə xanım Əliyeva çıxış edərək tədbirin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə təsadüf etdiyini qeyd etmiş, cənab Prezidentə möhkəm can sağlığı, şərəfli və məsuliyyətli fəaliyyətində uğurlar arzulamışdır. O, həmçinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edərək, xalqımıza birlik, ölkəmizə inkişaf, yeni ildə uğur və firavanlıq diləmişdir.

Bayram əhvali-ruhiyyəsi yaradan, rəngarəng və dinamik çıxışlarla müşayiət olunan əyləncəli şou proqram tamaşaçıların böyük coşqusu və gur alqışları ilə qarşılanmışdır.