
Lənkəran Dövlət Dram Teatrında "XEYİRXAH ŞAHZADƏNİN NOVRUZ HƏDİYYƏSİ" tamaşasının premyerası oldu.
09 mart 2025
09.03.2025-ci ildə Lənkəran Dövlət Dram Teatrında "XEYİRXAH ŞAHZADƏNİN NOVRUZ HƏDİYYƏSİ" tamaşasının premyerası oldu.
Elvira Məmmədovanın nağıl pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın quruluşçu rejissoru: İlhamə Əhmədova, quruluşçu rəssamı: Tərlan Sadıqov,
rəssamlar: Fuad Babazadə, Sevən Həsənli, musiqi tərtibatı: Vüqar Fərəcov, rəqs: Elvin Məmmədov.
Rollarda:
Qızılgül Quliyeva (Nənə)
Buludxan Buludov (Baba),
Ayşən Əsədova (Şahzadə qız), Saleh Əzimzadə (kosa),Teymur Hacızadə (keçəl),
Məleykə Cəforova (Bahar qız), Təranə Forəcova (kasıb qadın), Rauf Zeynalov (kasıb kişi), Şəbnəm Hüseynova (kasıb qız), Elvin Məmmədov (kasıb oğlan), Nizami Qurbanov (keçi), Anar Buludov (saray xidmətçisi oğlan), Aysel Babazadə (saray xidmətçisi qız), Elçin Hacıyev (aşbaz) ifa etdilər.
Tamaşa gur alqışlarla qarşılandı