Lənkəran Dövlət Dram Teatrında Xocalı soyqırımına həsr edilmiş ədəbi-bədii kompozisiyanın nümayişi baş tutub.

26 Fevral 2024


Lənkəran Dövlət Dram Teatrında Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş ədəbi-bədii kompozisiyanın nümayişi baş tutub.

Emil Əskərovun quruluş verdiyi kompozisiyada rolları Saleh Əzimzadə, Ayşən Əsədova, Əlirza Şahbazi, Məleykə Cəfərova, Şəbhənəm Həsənova, Günel Abbaszadə və Amil İbrahimli canlandırıb.

Nümayişdə Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin nümayəndələri, şəhərin digər vəzifəli şəxsləri və şəhər ictimaiyyəti iştirak edib.