Lənkəran Dövlət Dram Teatrında yeni mövsümün başlanması ilə bağlı yığıncaq keçirilib
5 Sentyabr 2024
Lənkəran Dövlət Dram Teatrında yeni mövsümün başlanması ilə bağlı yığıncaq keçirilib.
Sentyabrın 5-i Lənkəran Dövlət Dram Teatrında 134-cü mövsümün başlanması ilə əlaqədar kollektivin geniş tərkibdə yığıncağı baş tutub. Tədbiri teatrın direktoru Laləzər Hüseynova (Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi,Dağıstan Respublikasının əməkdar artisti) açaraq, ötən mövsümün yekunları və yeni mövsümdə qarşıda duran planlar haqqda məlumat verib. Kollektivə yeni mövsümdə uğurlar arzulayıb.
Daha sonra teatrın baş rejissoru Anar Babalı çıxış edərək, yeni mövsümdə görüləcək işlər barədə söhbət açdı,kollektivə hazırlanacaq tamaşalarda uğurlar arzuladı.