
Lənkəran Dövlət Dram Teatrında yeni premyera
10 oktyabr 2025
Lənkəran Dövlət Dram Teatrında yeni premyera
10 oktyabr 2025-ci il tarixində Lənkəran Dövlət Dram Teatrının səhnəsində Məmmədhüseyn Əliyevin “Kölgəli üz” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası baş tutub. Tamaşa teatrsevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Əsərin quruluşçu rejissoru gənc rejissor Emil Əskərov, quruluşçu rəssamı Tərlan Sadıqov, rəssamı Sevən Həsənli, musiqi tərtibatçısı isə Vüqar Fərəcovdur.
“Kölgəli üz” müasir insan münasibətləri fonunda qurulmuş satirik komediyadır. Hadisələr bir idarədə cərəyan edir – burada iclasdan çox qeybət, əməkdaşlıqdan çox intriqa, işdən çox “kölgə oyunu” var. Müdir Ramazanzadə, onun sağ əli Razı, intriqasevər Rəfizadə və idarənin “yumor generatoru” Darçın arasında baş verən gülməli, bəzən isə düşündürücü situasiyalar tamaşa boyu tamaşaçıya həm gülüş, həm də düşündürücü anlar bəxş edir.
Əsər vasitəsilə müəllif və rejissor cəmiyyətimizdəki aktual sosial və mənəvi problemlərə incə yumor və satira ilə toxunur. Tamaşa həm gülüş, həm də dərin mənəvi mesajlarla zəngindir.
Tamaşada rolları: Miraslan Ağayev, Elçin Hacıyev, Allahverən Babayev, Qızılgül Quliyeva, Şəbnəm Hüseynova, Məleykə Cəfərova, Saleh Əzimzadə, Cəfər Salimov ifa edirlər.