Lənkəran Dövlət Dram Teatrında yenu uşaq tamaşasının premyerası baş tutub

9 Mart 2024


Martın 9-u Lənkəran Dövlət Dram Teatrında yenu uşaq tamaşasının premyerası baş tutub!

Günay Səlimsoyun Miraslan Ağayevin eyniadlı pyesi əsasında hazırladığı "Yaxşılığa yaxşılıq" tamaşasının mövzusu xalq nağılından götürülüb.

Səməd kişi meşəyə odun yığmağa gedərkən bir ilanı xilas edir. Lakin ilan onun yaxşılığına yamanlıqla cavab vermək istəyir...

Tamaşada rolları Əməkdar artist Sucəddin Mirzəyev, Səyad Əliyev, Ayşən Əsədova, Əlirza Şahbazi, Məleykə Cəfərova, Teymur Hacızadə və Amil İbrahimli ifa edir.