Lənkəran Dövlət Dram Teatrının aktyoru “XARIBÜLBÜLÜN TƏNTƏNƏSİ” müsabiqəsində mükafata layiq görüldü

05 noyabr 2025


Lənkəran Dövlət Dram Teatrının aktyoru “XARIBÜLBÜLÜN TƏNTƏNƏSİ” müsabiqəsində mükafata layiq görüldü

Lənkəran Dövlət Dram Teatrının aktyoru, Prezident mükafatçısı Allahverən Babayev

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 03–04 noyabr 2025-ci il tarixlərində 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin 5 illiyinə həsr olunan “XARIBÜLBÜLÜN TƏNTƏNƏSİ” adlı bədii qiraət müsabiqəsində iştirak edib.

04 noyabrda keçirilən mükafatlandırma mərasimində Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov çıxış edərək iştirakçıları salamlayıb, onları təbrik edib və təşəkkürünü bildirib. Daha sonra Hacı İsmayılov, əməkdar artist Azad Şükürov, Xalq artisti İlham Namiq Kamal və aktyor-pedaqoq Məhəmməd Verdizadə çıxış edərək 44 günlük Vətən müharibəsində əldə olunan Qələbənin əhəmiyyətindən və müsabiqənin mənəvi dəyərindən danışıblar. Diplomlar təqdim olunub və tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Müsabiqədə Lənkəran Dövlət Dram Teatrını təmsil edən Allahverən Babayev, şair Nicat İsmayılovun “Zəfər” şeirini səsləndirərək tamaşaçıların və münsiflərin rəğbətini qazanıb. Onun çıxışı yüksək qiymətləndirilib və aktyor müsabiqənin diplomuna və mükafatına layiq görülüb.

Teatrımızın rəhbərliyi və kollektivi adından dəyərli aktyorumuz Allahverən Babayevi bu uğuru münasibətilə səmimi-qəlbdən təbrik edir, yaradıcılıq fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.