Lənkəranda Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin səyyar iclası keçirilib.
24 dekabr 2024
Lənkəranda Azərbaycan Teatr Xadimləri
İttifaqı İdarə heyətinin səyyar iclası keçirilib.
23 dekabr 2024-cü il tarixdə Azərbaycan Teatr Xadimləri
ittifaqı İdarə heyətinin üzvləri Lənkəranda səyyar iclas keçiriblər. İclasda Lənkəran-Astara Regional Mədəniyyət
idarəsinin rəisi Bəxtiyar Qılıncov və regionda yerləşən
teatr kollektivləri iştirak ediblər. Regional İdarənin
rəhbərliyi tərəfindən səmimi qarşılanan İttifaqın Sədri,
Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayilov, sədr
müavinləri - Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar artist, professor Azad Şükürov, idarə heyətinin
üzvü, Xalq artisti Mərahim Fərzəlibəyov, ittifaqın Məsul
katibi Aida Qafarova ölkə teatrlarının bugünki
vəziyyətindən, uğurlarından, problemlərindən danışıblar.
Maraqlı müzakirələrlə davam edən iclası giriş sözü ilə Hacı İsmayılov açıb. O, Azərbaycanın teatr həyatından, o cümlədən bölgə teatrlarında yaranan canlanma prosesindən, 2023-cü ilin may ayından başlayan və böyük uğurla davam edən İttifaqın "QONAQ TEATR" layihəsindən danışıb. Sonra regionda fəalilyyət göstərən teatrlara göstərdiyi diqqət və qayğıya görə Lənkəran-Astara Regional
Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, teatr sənəti sahəsində uğurlu fəaliyyət göstərən Lənkəran Dövlət Dram Teatrının direktoru, Dağıstan Respublikasının Əməkdar artisti, Azərbaycan Respublikasının Əməkdar
mədəniyyət işçisi Laləzər Hüseynova, baş rejissor Anar Babalı, teatrın aktrisaları Qızılgül Quliyeva və Aynur Əhmədova, Salyan Dövlət Kukla Teatrının baş rejissoru Rafiq Mirzəyev İttifaqin Fəxri fərmanı ilə təltif olunublar.
Çıxış edənlər - Bəxtiyar Qılıncov, Hacı İsmayılov, İlham
Namiq Kamal, Azad Şükürov, Laləzər Hüseynova, Anar
Babalı, Xalq artisti Qabil Qulilyev, gənc aktyor Əlirza
Şahbazi, regionda yerləşən Xalq teatrlarının nümayəndələri çalışdıqları teatrların uğurlarından və
problemlərindən söz açıb, problemlərin həli yolları barədə fikir mübadiləsi yürüdüblər.
Səmimi șəraitdə keçən görüşdən məmnun qalan
iştirakçılar ittifaq rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkilib.