Lənkəranda “2-ci Uşaq Teatrı Festivalı” çərçivəsində uğurlu qastrol səfəri

23 iyun 2026


23 iyun 2026-cı il tarixində Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “2-ci Uşaq Teatrı Festivalı” çərçivəsində iştirakçı kollektivlərin regionlara qastrol səfərləri uğurla davam edib.
Festivalın qalibi olan 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Star” teatr truppası Lənkəran Dövlət Dram Teatrının dəstəyi ilə Lənkəran şəhərində öz səhnə əsərini tamaşaçılara təqdim edib.
Tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb, gənc aktyorların səhnə performansı alqışlarla müşayiət olunaraq yüksək qiymətləndirilib.
Tədbirin sonunda Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova festival iştirakçılarını təbrik edib. O, gənc istedadlara xatirə hədiyyələri təqdim edərək onların gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.