Masallı rayonunda Lənkəran Dövlət Dram Teatrının Ələkbər Hüseynovun “Möcüzəli Kitabın Sirri” adlı musiqili və əyləncəli tamaşası nümayiş olunub.

31 may 2026


31 may 2026-cı il tarixində Masallı rayonunda Lənkəran Dövlət Dram Teatrının Ələkbər Hüseynovun “Möcüzəli Kitabın Sirri” adlı musiqili və əyləncəli tamaşası nümayiş olunub. Qarşıdan gələn 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan tamaşa balaca tamaşaçılara əsl bayram ab-havası bəxş edib.

Tamaşadan öncə RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə çıxış edərək Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Dağıstan Respublikasının Əməkdar Artisti Laləzar Hüseynovaya mədəniyyət sahəsindəki səmərəli fəaliyyətinə və uşaqlar üçün həyata keçirilən layihələrə görə minnətdarlığını bildirib.

Daha sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva teatr kollektivini səmimi şəkildə qarşılayaraq qonaqları tədbir iştirakçılarına təqdim edib. O, uşaqların mənəvi-estetik tərbiyəsində teatr sənətinin mühüm rol oynadığını vurğulayaraq belə tədbirlərin onların dünyagörüşünün formalaşmasına, yaradıcılıq qabiliyyətlərinin inkişafına və kitaba marağının artırılmasına xidmət etdiyini qeyd edib. Dilbər İbayeva qarşıdan gələn Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edərək onlara sağlam, xoşbəxt və qayğısız gələcək arzulayıb.

Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar Hüseynova çıxışında uşaqları bayram münasibətilə təbrik edib, onlara sevinc dolu günlər, uğurlar və işıqlı gələcək arzulayıb. O bildirib ki, uşaqlar üçün hazırlanan hər bir tamaşa onların mənəvi inkişafına, xeyirxahlıq, dostluq və birlik kimi ali dəyərlərin aşılanmasına xidmət edir.

Tədbirdə həmçinin Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov tərəfindən mədəniyyət sahəsinə göstərilən diqqət və dəstək xüsusi qeyd olunub. Çıxışlarda vurğulanıb ki, dövlət tərəfindən mədəniyyətə göstərilən qayğı teatr sənətinin inkişafına, yaradıcı kollektivlərin fəaliyyətinin genişlənməsinə və uşaqlar üçün həyata keçirilən layihələrin daha da zənginləşməsinə mühüm töhfə verir.

Ardınca təqdim olunan “Möcüzəli Kitabın Sirri” tamaşası uşaqları sehrli və maraqlı bir dünyaya aparıb