Mövsümün bağlanışı ilə əlaqədar olaraq sonuncu yekun iclası baş tutub

20 İyul 2024


Mövsümün bağlanışı ilə əlaqədar olaraq Lənkəran Dövlət Dram Teatrının sonuncu yekun iclası baş tutub.

 

  Teatrın direktoru Laləzar Hüseynova,baş rejissoru Anar Babalı 133-cü mövsüm boyu ərsəyə gətirilmiş tamaşalardan söhbət açaraq son fikirlərini bölüşüb,yeni mövsümdə baş tutacaq planları haqda heyəti məlumatlandırıblar.

  Daha sonra Xalq artisti, prezidentin fərdi təqaüdçüsü Qabil Quliyev çıxış edərək yeni mövsümdə kollektivə hazırlanacaq yeni tamaşalarda uğurlar arzulayıb. 

 Taetrın görkəmli aktrisası Şarud Mehdiyeva isə rəhbərliyə dərin təşəkkürünü bildirirək hər kəsə uğurlar arzulayıb.

  Emin Fərzullayev,Namiq Ağayev,Səyad Əliyev də ayrı-ayrılıqda çıxış edərək kollektivə uğurlar arzu ediblər.