Mövsümün sonuncu tamaşası "Cəmilə" tamaşası baş tutdu.
20 İyul 2024
Bu gün Lənkəran Dövlət Dram Teatrında 133-cü mövsümün sonuncu tamaşaşı baş tutub.
Çingiz Aytmatovun eyniadlı povesti əsasında hazırlanmış "Cəmilə" tamaşasının sonuncu buraxılışı tamaşaçılara nümayiş olunub.
Gənc rejissor İmran Ali Qurbanın səhnələşdirdiyi və quruluş verdiyi "Cəmilə" tamaşasının bəstəkarı Azər Hacıəsgərli, rəssamı Tərlan Sadıqov, rejissor assistenti Nuranə Nəcəfovadır.