“Bölgə teatrlarının Bakı premyerası” layihəsinin bağlanış mərasimi keçirilib
12 mart 2025
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 10 Mart - Milli Teatr Gününə həsr olunmuş təntənəli bayram tədbiri və teatrın “Bölgə teatrlarının Bakı premyerası” layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə Lənkənkəran Dövlət Dram Teatrının Xalq Artisti Qabil Quliyev, Cavid Zeynallının "Tanrı quşu gəlmədi" əsəri əsasında tamaşada oynadığı Süleyman roluna görə "Ən yaxşı aktyor", Qızılgül Quliyeva, falçı Əlamət roluna görə "Ən yaxşı aktrisa" mükafatına layiq görülüb. Prezident mükafatçısı Aynur Əhmədova, Kamal Abdullanın "Casus" tamaşasında Burla xatun obrazına görə "Uğurlu təqdimat" naminasiyaları üzrə mükafatlara layiq görüldülər.