Şəhid bayrağı
08.11.2024
Azərbaycan Silahlı Qüvvələrinin 44-günlük Vətən müharibəsində şanlı qələbəsinin 4-cü ildönümünü və 8 NOYABR Zəfər Gününə həsr olunmuş Qafar Cəfərlinin "Şəhid bayrağı" eyni adlı əsəri əsasında hazırlanmış tamaşanın premyerası 07 noyabr 2024-cü il tarixində nümayiş olundu.
Premyerada Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran-Astara regional mədəniyyət idarəsinin rəisi Bəxtiyar Qılıncov, rayon ictimaiyyəti, ziyalılar, şəhid ailələri və qazilər iştirak edib.
Tamaşanın nümayişindən əvvəl teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar
Mədəniyyət İşçisi, Dağıstan Respublikasının
Əməkdar atristi Laləzar xanım Hüseynova qonaqları salamladı. Bu günlərdə Azərbaycan xalqı böyük qürur hissi ilə Azərbaycan
Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində
şanlı qələbəsinin 4-cü ildönümünü – 8 noyabr Zəfər Gününü, həmçinin 9 noyabr
Dövlət Bayrağı Gününü və 12 noyabr Konstitusiya Gününü qeyd edir və bu bayramlar münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Vətən uğrunda canlarını qurban vermiş Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin Lənkəran regional bölməsinin sədri yazıçı-dramaturq Qafar Cəfərli çıxış edərək, bu gün sizlərə təqdim olunan "Şəhid bayrağı" məhz 4 il bundan əvvəl 27 sentyabr 2020-ci il tarixində Azərbaycan xalqı birləşərək əlinə silah götürüb düşmənə qarşı vuruşduğu həmin o günləri bir daha sizə xatırladacaq. Bəli, bu gün ki, mövzu şəhidlərimizin əziz xatirəsi və qazilərimizin qəhrəmanlıqlarını özündə əks etdirir. Azərbaycan qəhrəman oğullarının hücuma keçərkən, şəhid olarkən sinəsinə sıxdıqları və müqəddəs bildikləri Azərbaycan Bayrağı. Bayrağın müqəddəsliyi və bayrağın ucalığından danışdı. Tamaşa haqqında qısa məlumat verdikdən sonra, çıxış üçün tənqidçi, ədəbiyyatşünas, Azərbaycan yazıçılar birliyinin üzvü, Əsəd Cahangiri səhnəyə dəvət etdi. Əsəd Cahangir öz növbəsində tədbir iştirakçılarını salamlayaraq, Lənkəranın füsunkar gözəlliyindən, Lənkəran torpağının yetişdirdiyi tanınmış şəxsiyyətlər haqqında söhbət açdı. Şəhidlərimizin, qazilərimizin,müharibə iştirakçısı olan igid oğullarımızın qəhrəmanlığı haqqında danışdı. Qafar Cəfərlini bu gözəl pyesə görə təbrik etdi. Lənkəran Dövlət Dram Teatrının kollektivinə uğurlar arzuladı.
Yazıçı-dramaturq Qafar Cəfərlinin “Şəhid bayrağı” pyesi əsasında hazırlanan eyni adlı tamaşanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatı Vüqar Fərəcov, rejissor assistenti Nuranə Nəcəfovadır.
Tamaşada rolları: Əməkdar artist Sucəddin Mirzəyev, Prezident mükafatçısı Aynur Əhmədova, Miraslan Ağayev, Allahverən Babayev, Təranə Fərəcova, Buludxan Buludov, Saleh Əzimzadə, Məleykə Cəfərova, Zeynal Məmmədli ifa etdilər.
Tamaşa sonda tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.