Şəhid və qazi övladları, Lənkəran Şəhər Günərzi Qayğı Mərkəzi və Lənkəran Şəhər İnternat Tipli Ümumtəhsil Məktəbinin uşaqları üçün X. Əlibəylinin “Dovşanın ad günü” adlı uşaq tamaşası nümayiş olunub

24 oktyabr 2025


     BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr - 20 noyabr tarixlərinin “Uşaq hüquqları aylığı” elan edildiyi bildirilir.

 Bununla əlaqədar 24 oktyabr 2025-ci il tarixdə Lənkəran Dövlət Dram Teatrında şəhid və qazi övladları, Lənkəran Şəhər Günərzi Qayğı Mərkəzi və Lənkəran Şəhər İnternat Tipli Ümumtəhsil Məktəbinin uşaqları üçün X. Əlibəylinin “Dovşanın ad günü” adlı uşaq tamaşası nümayiş olunub. Tədbirin məqsədi uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların cəmiyyətə inteqrasiyası və mədəni mühitə yaxınlaşdırılmasıdır. Tamaşa uşaqlar tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılanıb.


 X. Əlibəylinin “Dovşanın ad günü” adlı uşaq tamaşası sevinc, dostluq və mehribanlıq duyğularını bir daha səhnəyə gətirərək balaca izləyicilərə xoşbəxtlik və təbəssüm bəxş etdi