“Uçan səhnə” ucqar Bəliton kəndində

15 İyun 2023


Lənkəran Dövlət Dram Teatrı “Heydər Əliyev İli” və Azərbaycan Peşəkar Milli Teatrının 150 illik yubileyi münasibətilə “Uçan səhnə” adlı layihənin icrasına başlayıb.

Layihə çərçivəsində ilk tədbir  Lənkəran Şəhər İcra Hakimiyyətinin və “ZZ Art Center”in dəstəyi ilə rayonun dağlıq Bəliton kəndində reallaşıb. Teatrın truppası iyunun 14-ü həmin yaşayış məntəqəsində 60-a yaxın məktəbyaşlı sakinlərlə görüşərək onların qarşısında tamaşa və eyni zamanda əyləncəli proqramla çıxış edib, eləcə də teatr haqqında söhbətlər aparıb. Teatrın rəssamları isə uşaqları “face-up”la sevindiriblər.

“Uçan səhnə” layihəsinin ilin sonuna kimi davam etditilməsi, növbəti günlərdə rayonun digər dağ kəndlərində də icra olunması nəzərdə tutulub.