İki yeni tamaşanın məşqlərinə başlanılıb

3 Aprel 2024


Lənkəran Dövlət Dram Teatrında iki yeni tamaşanın məşqlərinə başlanıb.

Cavid Zeynallının "Tanrı quşu gəlmədi" pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Anar Babalı, rejissoru Günay Səlimsoy, bəstəkarı Aydan Əliyeva, rəssamı Nərgiz Baxşızadə, rejissor assistenti Nuranə Novruzovadır.

Rolları Xalq artisti Qabil Quliyev, Qızılgül Quliyeva, Səyad Əliyev, Gülər Kərimova, Saleh Əzimzadə, Elçin Hacı və İmaməli Əskərov ifa edəcək.

Məşqlərinə başlanılan ikinci tamaşa isə "Günah" tamaşasıdır.

Rəhman Əlizadənin "Günah" pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Anar Babalı, rejissoru Günay Səlimsoy, rejissor assistenti Nuranə Nəcəfovadır.

Rolları Əməkdar artist Sucəddin Mirzəyev, Allahverən Babayev, Qızılgül Quliyeva, Buludxan Buludov, Rauf Zeynalov, Şəbnəm Hüseynova, Emin Fərzullayev, Səyad Əliyev, Vəfa Hacızadə və Saleh Əzimzadə canlandıracaq.