Lənkəran Dövlət Dram Teatrı Qazax Dövlət Dram Teatrının qonağıdır

7 Mart 2024


Martın 7-si Lənkəran Dövlət Dram Teatrının bir qrup nümayəndəsi Qazax Dövlət Dram Teatrında qonaq olub, Mirzə Nicatın Jalə İsmayılın pyesi əsasında quruluş verdiyi "Love Butik" tamaşasının premyerasında iştirak edib.

Nümayişdən sonra teatrın baş rejissoru, direktor vəzifəsini icra edən Anar Babalı və Xalq artisti Qabil Quliyev çıxış edib, tamaşa haqqında fikirlərini bölüşüblər.

Qazax Dövlət Dram Teatrı Lənkəran Dövlət Dram Teatrı tərəfindən Teatrın dostu diplomuna və "Love Butik" tamaşasına görə Təşəkkürnamə diplomuna layiq görülüb.