Cəfər Cabbarlıya həsr edilmiş "Bahar oğlu" tədbiri keçirilib

30 Mart 2024


Martın 30-u Lənkəran Dövlət Dram Teatrında AYB Lənkəran Bölməsi və Lənkəran Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə görkəmli dramaturq, şair, nasir, tərcüməçi Cəfər Cabbarlının anadan olmasının 125 illiyi ilə əlaqədar "Bahar oğlu" adlı tədbir keçirilib.

Tədbirdə bölgə yazarları, teatrın aktyor və rəhbər heyəti iştirak edib.

Tədbirdə iştirak edən AMEA-nın Ədəbi tənqid şöbəsinin müdiri, professor Vaqif Yusifli Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

Çıxış edənlər sənətkarla bağlı fikir və düşüncələrini bölüşüb.

Teatrın aktyorları görkəmli ədibin şeirlərini səsləndirib.