Lənkəran Dövlət Dram Teatrı 135-ci teatr mövsümünü "Məkr və Məhəbbət" tamaşası ilə başa vurur

12 iyul 2026


135 mövsüm... Bu rəqəm təkcə illərin deyil, səhnədə yaşanan talelərin, yaradılan obrazların, gur alqışların, sənətə həsr olunmuş ömrün və teatr salnaməsinə çevrilmiş unudulmaz xatirələrin ifadəsidir.

Bu mövsüm ərzində teatrımız tamaşaçıları bir-birindən maraqlı tamaşalarla sevindirmiş, müxtəlif bölgələrdə uğurlu qastrol səfərləri həyata keçirmiş və sənətə xidmət missiyasını layiqincə davam etdirmişdir.

 

135-ci teatr mövsümünün son pərdəsi dünya dramaturgiyasının incilərindən biri olan Fridrix Şillerin "Məkr və Məhəbbət" tamaşası ilə bağlanacaq.

 

Sizi bu əlamətdar gündə teatrımızın kollektivinin sevincini bölüşməyə, mövsümün son tamaşasını birlikdə izləməyə və sənətin yaratdığı unudulmaz duyğulara şahidlik etməyə səmimiyyətlə dəvət edirik.