Od çərşənbəsi münasibəti ilə N saylı hərbi hissədə tamaşa nümayiş etdirilib

5 Mart 2024


Martın 5-i Od çərşənbəsi münasibəti ilə Lənkəran Dövlət Dram Teatrının heyəti Lənkəran şəhərində yerləşən N saylı hərbi hissədə hərbçilərin övladları üçün "Karlsonun macəraları" tamaşasını nümayiş etdirib.

Tamaşadan əvvəl Kosa ilə Keçəl uşaqlarla söhbət edib, oyunlar oynayıb.

Anar Babalının quruluş verdiyi tamaşada rolları Gülər Kərimova, Günel Abbaszadə, Vəfa Hacızadə, Teymur Hacəzadə və Nizami Qurbanov ifa edib.